Logistika Tələbələrimiz CILT Sertifikatı ilə Təltif Olundular
04-07-2025
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Logistika operatoru” ixtisası üzrə təhsil alan tələbələri CILT (The Chartered Institute of Logistics and Transport) beynəlxalq sertifikatını əldə ediblər.
Bu uğur, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Educa Azərbaycan” şirkətinin rəsmi tərəfdaşlığı və Böyük Britaniyanın CILT institutu ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində mümkün olub.
Layihənin məqsədi tələbələrin peşə bacarıqlarını beynəlxalq səviyyəyə yüksəltmək və onları qlobal logistika sektorunun tələblərinə uyğun hazırlamaqdır.
Bu uğur ölkəmizdə peşə təhsili sisteminin inkişafında mühüm mərhələ hesab olunur.
