“Robotların Qaydasız Döyüşü – Bots Combat”
01-07-2025
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən komandalar “WRC Azerbaijan” çempionatında mühüm uğura imza atıblar. Yarışmanın “Robotların Qaydasız Döyüşü – Bots Combat” kateqoriyasında çıxış edən komandalarımız yüksək nəticələr əldə ediblər:
🔹 “Caspian Warriors” komandası 15 kq çəki dərəcəsində I yer,
🔹 “Hunter Sənaye” komandası isə 30 kq çəki dərəcəsində III yer qazanıb.
Bu uğur Mərkəzin peşəkar mühəndis və müəllim heyəti ilə yanaşı, gənc və istedadlı tələbələrinin birgə əzmkarlığının bariz göstəricisidir.
Qeyd edək ki, qalib komandalar bu ilin sonlarında Hindistanda keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Mərkəz rəhbərliyi komandaları, mentorları və uğura töhfə verən hər kəsi səmimi-qəlbdən təbrik edir, beynəlxalq miqyasda daha böyük nailiyyətlər arzulayır.
Gələcəyin texnologiya liderləri burada yetişir!
