Qaynaq üzrə Milli Müsabiqə
04-06-2025
TƏLİM VƏ TƏDRİS
Qaynaq üzrə Milli Müsabiqəyə Qeydiyyat başladı.
Bakı, Azərbaycan – 4 iyun 2025
WorldSkills Azerbaijan təşəbbüsü ilə ölkəmizdə texniki bacarıqların təşviqi və gənclərin peşəkar inkişafına dəstək məqsədilə Qaynaq üzrə Milli Müsabiqə keçiriləcək. Müsabiqə 16–21 yaş arası gənclərə real sənaye tapşırıqları üzərində işləmək, texniki biliklərini nümayiş etdirmək və beynəlxalq yarışlara hazırlıq üçün unikal imkanlar təqdim edir. İştirakçılar, peşəkar mütəxəssislər tərəfindən qiymətləndiriləcək, seçim mərhələlərini uğurla tamamlayanlar isə Milli Komandaya daxil edilərək xüsusi təlim proqramlarına cəlb olunacaqlar. Müsabiqənin qalibləri WorldSkills Shanghai 2026 beynəlxalq yarışında Azərbaycanı təmsil etmək şansı qazanacaqlar.
- Son qeydiyyat tarixi: 9 iyun 2025
- Qeydiyyat linki: https://forms.gle/Pb6avp8LMbouLzNc6
- Yaş aralığı: 16–21
Bu təşəbbüs Azərbaycan gənclərinin texniki peşələrə marağını artırmaq və onları beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədi daşıyır.