Avtomobil Texnologiyaları üzrə Milli Müsabiqə
04-06-2025
TƏLİM VƏ TƏDRİS
Avtomobil Texnologiyaları üzrə Milli Müsabiqəyə Qeydiyyat Başladı.
Bakı, Azərbaycan – 4 iyun 2025
WorldSkills Azerbaijan təşəbbüsü ilə Avtomobil Texnologiyaları üzrə Milli Müsabiqə keçiriləcək. Bu müsabiqə avtomobil sahəsinə marağı olan, texniki bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə uğur qazanmaq istəyən 16–21 yaşlı gənclər üçün nəzərdə tutulub. İştirakçılar mühərrik idarəetmə sistemlərində nasazlıqların diaqnostikası, texniki biliklərin praktik tətbiqi və real tapşırıqlar üzərində iş bacarıqlarını nümayiş etdirəcəklər. Uğur qazanan iştirakçılar Milli Komandaya seçilərək xüsusi təlimlərdə iştirak edəcək və WorldSkills Shanghai 2026 beynəlxalq yarışında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.
- Son qeydiyyat tarixi: 9 iyun 2025
- Qeydiyyat linki: https://forms.gle/sbCNbLxs2oPNRWNC7
- Yaş aralığı: 16–21
