"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC üçün İKT sahəsində təlimlər
                            22-09-2021
                            TƏLİM VƏ TƏDRİS
                        
                        Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə əməkdaşlığı çərçivəsində
avqust ayından etibarən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində
təlimlərə başlanılmışdır.
Təlimlər Peşə Təhsil Mərkəzinin ixtisaslı metodistləri tərəfindən
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 79 idarəsinin  işçiləri üçün aparılır. Təlimlər işçilərin
ixtisaslarının artırılması  və ümumi kadr
hazırlığını təmin etmək məqsədilə təşkil edilib 
və  online formatda keçirilir. 
Təlim proqramı  IT
Essentials, Cyber Security, MS Office və s. digər aktual mövzuları əhatə edir. 
 
                
                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            