Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birgə məşğulluğun artırılması, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Müasir Azərbaycan Peşəkarları” Layihəsi çərçivəsində qısamüddətli ödənişsiz təlim kurslarına dəvət edir:
- Avtomobil diaqnostikası
- Santexnika
- Qrafik Dizayn
- İT texniki dəstək işçisi (Help Desk / MS Ofis)
Kursa qəbul şərtləri:
Ümumi orta ixtisas təhsilli olmaq (yazı və
müəyyən riyazi hesablama bacarıqları)
Peşənin tələb etdiyi işlərin icrası üçün fiziki
güc və ölçülərə sahib olmaq
Kursun təşkili:
Kurs həftə ərzində gündəlik olaraq 14:30 - 19:00
ərzində tədris olunacaqdır. Kurs müddətində praktiki təcrübə üçün əməkdaşlıq
edilən şirkətlərdə 2 dəfə səfər və şirkət
nümayəndəsi tərəfindən 2 dəfə master class keçiriləcəkdir.
Qiymətləndirmə:
Təyinatından asılı olaraq, kurs müddətində 1-3 aralıq qiymətləndirmə (hər 40 saatdan sonra) və 1 yekun qiymətləndirmə (sonda) aparılacaqdır. Qiymətləndirmə təlimçi və tərəfdaşlıq edilən şirkətlərin təmsilçilərinin iştirakı ilə aparılacaqdır. Kursu uğurla bitirən iştirakçılara əməkdaçlıq edilən şirkətlərdə təsdiqi olan sertifikat təqdim ediləcəkdir.