Mərkəzdə tələbələr üçün 8 ixtisas üzrə 1 və 3 illik təhsil proqramları ilə yanaşı maraqlı qurumlar və peşəyönümlü şəxslər üçün qısamüddətli ixtisasartırma kursları imkanları təqdim olunur.
| Təlim kursu | Təlim nəticəsi | 
| PLC/HMI və sensor
  idarəetmə | PLC və onun tərkib hissələri, işləmə
  prinsipi, yaddaş və adreslər; PLC Proqramlaşdırma dilləri (LD, FBD,
  STL);İnvertorların (VFD) PLC ilə idarəsi, Motorun irəli, geri, və surət tənzimlənməsi;
  PLC ilə PİD idarə etmə sistemi; HMI sistemi vasitəsilə PLC idarə etmə
  sisteminə nəzarət və tənzimləmə; Digital və analoq siqnallar və bu
  siqnalların email | 
| PLC proqramlaşdırma | PLC və onun tərkib hissələri, işləmə
  prinsipi, yaddaş və adreslər; PLC Proqramlaşdırma dilləri (LD, FBD,
  STL);İnvertorların (VFD) PLC ilə idarəsi, Motorun irəli, geri, və surət tənzimlənməsi;
  PLC ilə PİD idarə etmə sistemi; Digital və analoq siqnallar və bu siqnalların
  email | 
| Avtomobil
  diaqnostikası və texniki xidmət | Mühərrikin diaqnostikası; Mühərrikə ümumi texniki
  baxış; Avtomobilin Şassi sisteminin yoxlanılması; Sürətlər qutusunun texniki
  qulluğu; Avtomobil elektrik sisteminin yoxlanılması | 
| PHP Essentials | HTML, CSS ilkin anlayışlar | 
| Java SE | MYSQL məlumat bazası ilə əlaqənin
   yaradılması  | 
| Photoshop | Ümumi
  anlayışlar; alətlərlə iş | 
| İllustrator | Ümumi anlayışlar; alətlərlə iş | 
| Premiere | Ümumi
  anlayışlar; alətlərlə iş | 
| Əl ilə elektrik
  qövs qaynağı üzrə təlim (SMAW) | Əl ilə elektrik qövs qaynağı üzrə
  təlim (SMAW); Bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə qaynaq
  tikişinin qurulması; Bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə
  bucaq qaynağının edilməsi; Qaynaq edilən metalların vizual və texniki üsulla
  yoxlanması | 
| Qazla metal qövs
  qaynağı üzrə təlim (GMAW) | GMAW qaynaq üsulu; Qaynaq dəzgahları;
  GMAW qaynaq üsulunda istifadə olunan elektrodlar; GMAW qaynaq parameteri
  qaynaq parametrlərin seçilməsi; GMAW qaynağı vasitəsi ilə bütün fəza vəziyyətlərində
  müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi; Qaynaq edilən metalların vizual
  və texniki üsulla yoxlanması | 
| GTAW qaynağı üzrə
  təlim | Volfram elektrodlu arqon qaz
  qaynağı üzrə təlim (GTAW); GTAW qaynağı vasitəsi ilə bütün fəza vəziyyətlərində
  müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi; Qaynaq edilən metalların vizual
  və texniki üsulla yoxlanması | 
| Kompleks qaynaq  təlimi | GMAW; GTAW; SMAW | 
| Mexanika təlimi | Bu kurs “Mexanika Mühəndisliyi”,
  “Nasos Kompressor qurğularının Operatoru” və “Təmirçi çilingər” ixtisaslarını
  özündə cəmləyir | 
| Solidworks | 2D
  (müstəvi) üzərində işləmək üçün alətləri və nümunələr üzərində tətbiqləri; 3D
  alətləri ilə modellərin hazırlanması üçün istifadə olunan əsas alətlər;
  Detalların və quraşdırma düyünlərinin 3 ölçülü (fəzada) modellərinin
  yaradılması; Montaj etmə üsullarını və nümunələrlə işləməyi; Sheet metal,
  Mold design, Analysis panelləri | 
| Mexanika CNC təlimi | CNC dəzgahları ilə həyata keçirilən
  sadə əməliyyatlar; CNC proqramlaşdırma; Mexaniki proqramlaşdırma; Avtomatik
  proqramlaşdırma; Torna dəzgahı ilə həyata keçirilən əməliyyatlar üzrə alətin
  sürətləri və verimləri; Materiallar üçün münasib taxma ucluq materialının
  seçilməsi; V-CNC proqram təminatı ilə avtomatik proqramın simulyasiyası; CNC
  dəzgahlarının idarə edilməsi; CNC dəzgahları vasitəsilə detalların
  hazırlanması | 
| Elektronikanın
  əsasları | Rəqəmsal mikrosxemlər və məntiq elementləri;
  Microchip, Atmega; Mikrokontrollerlər üçün proqramın yazılması və mikrokontrollerlərə yüklənməsi; Dövrələrin
  qurulması, montajı və lehimləmə; Elektronik dövrələrin Proteus CAD, Multisim
  proqramında Qurulması; PCB-nin (çap lövhəsi) hazırlanması, elementlərin
  montajı, lehimlənməsi və sökülməsi; Multivibrator dövrəsi; Gücləndirici dövrəsi;
  Signal generator dövrələri  | 
| Elektrik işi və
  ardıcıl  idarəetmə | Kabel və dövrələrin qoşulması;
  İdarəetmə və mühafizə sistemlərinin hazırlanması; Dövrələrin qurulması və
  konfiqurasıyası | 
| AutoCad proqram
  təminatı | AutoCad proqram təminatında vahidləri və
  əməliyyat pəncərələri ilə işləmə; Eskiz və işçi layihələrin çəkilməsi; Evin
  sadə planının təsvirinin çəkilməsi və evin sahə planının düzgün
  ardıcıllığının qurulması | 








