Avtomobil

Avtomexanika və ya avtomobil sahəsində işləmək istəyənlər üçün bu fakültə tələbələrə müvafiq avtomobil ixtisasları üzrə mühərrik təmiri bacarıqları, avto elektrik/Elektronika sistemi təmiri bacarıqları, avtoşassi təmiri bacarıqları, avtomobil kuzovunun təmiri və rənglənməsi bacarıqları, yoxlama(diaqnostika) bacarıqları vasitəsilə möhkəm biliklər əldə etmək üçün yaxşı imkan verir.

  • 1

    ümumi vəziyyəti müəyyən etmək üçün avtomobilin baxışı

  • 2

    hissələr, materiallar və ya təmir prosedurları haqda məlumatı qeyd etmək

  • 3

    yanacaq, alışdırma və emissiya idarəetmə sistemlərində nasazlıqları aşkarlamaq

  • 4

    yanacaq vurma sistemlərinin təmiri, texniki xidməti və ya nizama salınması

  • 5

    avtomobilin komponentlərini spesifikasiyalara uyğun nizamlamaq

  • 6

    elektrik zəncirlərin və komponentlərin düzgün işləməsi üçün sınağı

  • 7

    təkərləri balanslaşdırmaq və şinləri dəyişdirmək

  • 8

    tormoz sistemlərinin nasazlıqlarını müəyyən etmək, nizamlamaq, təmir etmək

  • 9

    əl transmissiyasının (M/T, A/T) təmiri, texniki xidməti və ya dəyişdirilməsi

  • 10

    doldurma/işə salma/işıqlanma sistemi komponentlərinin diaqnostikası, təmiri, texniki xidməti


Təcrübə göstərir ki, avtomobilin təmiri üzrə təcrübəli şəxslər gələcəkdə öz işini genişləndirir, fərdi sahibkarlıq fəaliyyətinə başlayır və ya sığorta şirkətləri üçün avtomobillərə dəymiş zərərin qiymətləndiricisi qismində çalışıb inkişaf edirlər. Bu sahədə işləmək istəyənlər müvafiq avtomobil ixtisasları üzrə mühərrik təmiri bacarıqları, avto elektrik/elektronika sistemi təmiri bacarıqları, avtoşassi təmiri bacarıqları, avtomobil kuzovunun təmiri və rənglənməsi bacarıqları, yoxlama(diaqnostika) bacarıqları vasitəsilə möhkəm biliklər əldə etmək imkanı qazanacaqlar. 

  • 1

    ümumi vəziyyəti müəyyən etmək üçün avtomobilin baxışı

  • 2

    hissələr, materiallar və ya təmir prosedurlarını müəyyən etmək

  • 3

    iş və materialların qiymətlərini hesablamaq

  • 4

    yanacaq, alışdırma və emissiya idarəetmə sistemlərində nasazlıqları təyin etmək

  • 5

    düzgün istismarın təmin edilməsi üçün ECU (elektron idarəetmə blokunun) sınağı

  • 6

    yanacaq vurma sistemlərinin təmiri, texniki xidməti və ya nizama salınması

  • 7

    avtomobilin komponentlərini spesifikasiyalara uyğun nizamlamaq

  • 8

    elektrik sxemləri və komponentlərin düzgün işləməsi üçün sınağı

  • 9

    isitmə, ventilyasiya və ya havanın kondisiyalaşdırma (HVEC) avadanlığını quraşdırmaq

  • 10

    təkərləri balanslaşdırmaq və şinləri dəyişdirmək

  • 11

    qabaq təkər quruluşu mexanizmini nizamlamaq

  • 12

    tormoz sistemlərinin nasazlıqlarını müəyyən etmək, nizamlamaq, təmir etmək

  • 13

    mühərrik tullantılarının sınağı

  • 14

    M/T (əl transmissiyası) və A/T (avtomatik transmissiya)nın təmiri, texniki xidməti

  • 15

    doldurma/işə salma/işıqlanma sistemi komponentlərinin diaqnostikası, təmiri, texniki xidməti və ya dəyişdirilməsi

  • 16

    zədələnmiş avtomobil kuzovunun təmiri və təmkir rənglənməsi


  • 1 İLLİK TƏHSİL

  • 3 İLLİK TƏHSİL