Mərkəzin yeni əməkdaşlıq çərçivəsi genişlənməkdədir
Sənaye və İnnovasiyalar
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “CN Group” arasında əməkdaşlıq
memorandumu imzalanıb.
Qeyd edək ki, müasir
avadanlıqlarla və innovativ texnologiyalarla təchiz edilmiş, elmi texniki
laboratoriyalara və istehsalat bazasına, təcrübəli kadr və resurslara malik
olan tərəflər başlıca olaraq müasir tələblərə cavab verən yeni nəsil işçi
qüvvəsinin hazırlanması, eləcə də keyfiyyətə nəzarət istiqamətində birgə
fəaliyyət göstərəcəklər. Belə ki, neft–qaz sektorunun iştirakı ilə Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılacaq şərait
müvafiq istiqamətlər üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun kadr
kimi formalaşmasına birbaşa dəstək verəcək.
Həmçinin, əməkdaşlıq
çərçivəsində Mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların
istehsalat təcrübə proqramlarında iştirakı, yeni istiqamətlər üzrə tədris
proqramlarının hazırlanması istiqamətində rəylərin alınması, təlim və personal
sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi, müvafiq bilik və
bacarıqların qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı
müsbət dəyərləndirilən tələbələrin işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, hər iki
tərəfin əməkdaşlığı nəticəsində birgə perspektiv layihələrin hazırlanması
gözlənilir.