Xəbərlər

Peşə mərkəzi məzunlarının karyera inkişafına dəstək tədbirləri

09-02-2021 TƏLİM VƏ TƏDRİS

Peşə Təhsil Mərkəzi Avtomobil istiqaməti üzrə təhsilalanlarının peşəkar səviyyədə bilik və bacarıq qazanmaları üçün Mərkəz daxilində və eləcə də, Mərkəzdən kənarda lazımı imkanlar yaradır. Bu istiqamətdə görülən fəaliyyətə dəstək məqsədilə yaxın günlərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Carpoint Avto Servis” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulmuşdur.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Carpoint Avto Servis” şirkəti arasında qurulmuş əməkdaşlığın başlıca məqsədi Mərkəzin məzun tələbələrinin işlə təmin olunmasına dəstək göstərməkdən ibarətdir.

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM peşəkar kadr hazırlığını təmin etmək, Mərkəz təhsilalanlarının praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iş yerində təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi məqsədilə digər qabaqcıl avtomobil müəssisələri olan Avtolüks Azərbaycan, Abşeron Avtomobil Mərkəzi (Mercedes Benz), İmprotex Motors (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), Dream Auto MMC, Şərq Motors, Toyota Azərbaycan, Cahan Motors, Mitsubishi, Honda, Mazda, Subaru və bu kimi digər avtomobil şirkətləri ilə də əməkdaşlıq etməkdədir.