Texniki-peşə təhsili müəssisəsində kadr hazırlığı istiqamətində görülən işlər
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzi əməkdaşlıq çərçivəsinin genişləndirilməsi istiqamətində yeni uğurlara
imza atmağa davam etməkdədir. Yaxın günlərdə Mərkəz Azərbaycanda ExxonMobil
korporasiyasının rəsmi və yeganə distribütoru və mobil sürtkü materiallarının
aparıcı təchizatçısı olan “Avto Motor Servis” MMC şirkəti ilə anlaşma
memorandumu imzaladı.
Tərəflər arasında anlaşma memorandumunun imzalanmasının
başlıca məqsədi yüksək səviyyəli kadr hazırlığında, eləcə də, gələcəkdə işlə təmin
olunmalarında və karyera inkişafında Mərkəz təhsilalanlarına dəstək olmaqdır.
Qeyd edək ki, geniş elmi-istehsalat bazasına və təcrübəli
ixtisaslı kadrlara malik hər iki müəssisənin birgə əməkdaşlığı sayəsində
Avtomobil istiqaməti üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının
inkişafının təmin olunması nəzərdə tutulmuşdur. Birgə fəaliyyət planına əsasən,
yeni nəsil ixtisaslı işçi heyətinin yetişdirilməsinə, təhsilalanların bilik və
bacarıqlarının təkmilləşdirilməsinə, onların elmi texniki potensialının gücləndirilməsinə,
qarşılıqlı maraq kəsb edən mövzularda seminarların, təlimlərin, MasterClassların
və digər maarifləndirici proqramların təşkili də mövcud addımlar kimi dəyərləndirilmişdir.
Dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaranan əməkdaşlıq
layihəsinin gələcəkdə uğurlu nəticələrini bölüşməyə ümid edirik.