Xəbərlər

Peşə Təhsil Mərkəzi və dövlət sektoru arasında əməkdaşlığın qurulması

19-02-2021 TƏLİM VƏ TƏDRİS

18.02.2021-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "AzerFloat" QSC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması, sənaye sahəsində məşğulluğun təmin olunması və eləcə də,  rəqabətqabiliyyətli, idxal və ixracyönümlü yeni məhsul növlərinin istehsalının təşkili istiqamətində birgə fəaliyyət göstərəcək hər iki müəssisə ən müasir avadanlıqlarla və innovativ texnologilayalarla təchiz edilmiş kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadr və resurslara malikdir. Dövlət sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait müvafiq istiqamətlər üzrə mərkəz təhsilalanlarının sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək verəcək.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili, onlara sahibkarlıq vərdişlərinin aşılanması, müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş təhsilalanların işlə təmin olunması nəzərdə tutulub.

Mərkəzlə şirkət arasında imzalanan memorandum hər iki tərəfin maraqları çərçivəsində uğurlu nəticələrə imza atacaq.