Xəbərlər

“Technol” şirkəti tərəfindən Peşə Təhsil Mərkəzinə verilmiş sifariş artıq təhvil verilmişdir

02-02-2021 TƏLİM VƏ TƏDRİS

“Technol” şirkəti tərəfindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə verilmiş sifariş artıq təhvil verilmişdir.

Mərkəzdə Avtomatika istiqaməti üzrə çalışan, Koreya Respublikasında ixtisas üzrə təlimlərdən keçmiş metodist-təlimçilər əldə olunan sifarişi qısa müddətdə icra etmişdirlər. Belə ki, Proqramlaşdırıla bilən Məntiq Kontrollerlər  (PLC) və sensorlar vasitəsilə “Technol” şirkətinin istehsalat sahəsində sürtgü yağlarının ehtiyyat səviyyəsinə dair məlumatların birbaşa cihaz panelinə ötürülməsi təmin olunmuşdur.

Yaxın gələcəkdə müəssisədə bir sıra  digər layihələrin həyata keçirilməsi  istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur. 


Video link: https://drive.google.com/file/d/1zNgo1xtsCV8VPKpvj9Clh8-5mV_gNWd7/view?usp=sharing