Xəbərlər

Məzun - Səyyad Çuvarlinskiy-in uğur hekayəsi

09-09-2020 TƏLİM VƏ TƏDRİS

2020-2021-ci akademik ilində təhsilini mərkəzdə davam etdirmək istəyən şəxslərdə mərkəz haqqında ümumi fikir formalaşmasına kömək məqsədilə öncəki tədris ilinin məzunları ilə dialoqlarımıza davam edirik. Növbəti həmsöhbətimiz isə Səyyad Çuvarlinskiy oldu və mərkəz haqqında öz fikirlərini bizimlə bölüşdü.

Səyyad, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Elektronika ustası” ixtisasının məzunudur. Əksər təhsilalanlar kimi Səyyadı da mərkəzə yönləndirən başlıca səbəb peşə sahəsinə olan marağı və sahəsi üzrə yeni biliklərə yiyələnmək istəyidir.

Nəyə əsasən mərkəzdə təhsil almaq qərarına gəldiniz və bunun sizin karyeranızın inkışafına nə kimi təsiri oldu?

Məni mərkəzə gətirən başlıca səbəb həm elmi-nəzəri, həm təcrübi biliklərimi təkmilləşdirmək istəyim oldu. Mərkəzə daxil olduqdan sonra və təhsilimi uğurla bitirdikdən sonra Sumqayıt Texnologiyalar Data Mərkəzində elektronika ustası vəzifəsində çalışıram. Təhsil aldığım müddətdə əldə etdiyim təcrübə imkanı hal-hazırki işimdə müvəffəqiyyətli olmağımda mənə çox kömək edir. Həm təlimçi heyət, həm mərkəzdə olan avadanlıqlar ixtisas üzrə kifayət qədər yeni biliklər əldə etməyimə şərait yaratdı.

Peşə təhsili almaq istəyən şəxslərə bu mərkəzi tövsiyyə edərdinizmi?

Ümumiyyətlə peşə təhsili almaq istəyən insanlara demək istərdim ki, mənim fikrimcə bu sahədə uğurun açarı bu mərkəzdədir. Buna səbəb kimi bir neçə nümunə: Koreya modeli əsasında hazırlanan təhsil proqramı və buna uyğun tədris vaxtı daha çox praktik məşğələlərə əsaslanan dərslər təşkil edir, yeni növ avadanlıqlarla təchiz olunmuş emalatxanalar, laboratoriyalar və s. bu kimi nümunələr göstərə bilərəm. Bunun üçün mənim də seçimim burada təhsilimi davam etdirmək oldu və bütün bu sahəyə maraqlı şəxslərə də tövsiyyə edərdim.