Xəbərlər

Məzun - Həsən Əliyevin uğur hekəyəsi

28-08-2020 TƏLİM VƏ TƏDRİS

Artıq yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar yeni tədris ilində peşə təhsili almağa hazırlaşan, eləcə də mərkəz haqqında məlumat əldə etmək istəyənlər üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bu ilki məzunları ilə həmsöhbət olduq. Ümid edirik ki, bu məlumatlar insanlara öz istiqamətlərini düzgün seçməkdə köməkçi olacaq. Məzunlarımız siyahısından növbəti müsahibimiz isə Həsən Əliyev oldu.

Həsən, “Avtomobil diaqnostikası və təmiri ustası”  ixtisasının məzunudur.  Həsənin sözlərinə əsaslanaraq deyə bilərik ki, onu bizim mərkəzə gətirən başlıca səbəb əlbəttə ki, karyerası ilə əlaqəli imkanlar və planları olmuşdur. Mərkəzdə təhsil almasının digər səbəbi isə avtomobil sahəsi üzrə bacarıqlarını inkişaf etdirmək və yeni avadanlıqlar üzərində təcrübəsini artırmaq hədəfi olmuşdur. Hal-hazırda Həsən “Şərq Motors”da  çalışır.

“İlk öncə mərkəzimizdə “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisasını seçməyinizə səbəb nə oldu və bu seçim sizin karyera inkişafınızda nə kimi rol oynadı?”

“Bu sahəni seçməyimə ən başlıca səbəb inkişaf etmiş sahə olması və avtomobillərə olan marağımdır. Zənnimcə, bu sahədə öz bilik və bacarıqlarımı inkişaf etdirmək üçün kifayət qədər düzgün seçim etmişəm. Hal hazırda “Şərq Motors” da çalışmağımın karyera inkişafımda təkan olacağına inanıram. Əlbəttə ki, karyera təməlinin qoyulmasında isə bu mərkəzin rolu əvəzolunmazdır.”

“Karyerasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birlikdə irəli addımlamaq istəyən şəxslərə tövsiyyəniz nə olardı?” 

“Tərəddüd etmədən, peşə təhsili almaq istəyən hər bir şəxsə bu təhsil mərkəzini tövsiyə edərdim. Həqiqətən də, mərkəz peşəkar inkişaf üçün kifayət qədər müsbət göstəricilərə malikdir. Verilən təhsilin məhz Koreya standartlarına əsaslanan proqram üzərində qurulması, təhsilin keyfiyyəti, mərkəzin müasir avadanlıqlarla təchiz olunması gələcək tələbələrə istədikləri peşəyə yiyələnmək üçün imkan yaradır. Hər bir insan müəyyən  sahədə kifayət qədər uğurlu nəticələr əldə edə bilər, sadəcə bunun üçün düzgün istiqamət seçmək və əmək sərf etmək kifayətdir. Bu Mərkəz də sizi uğura aparan yollardan biri ola bilər.