Xəbərlər

Tələbə və işsizlər üçün faydalı təlim-təcrübə mexanizmi yaradılması istiqamətində görülən işlər

14-12-2020 TƏLİM VƏ TƏDRİS

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Usta yanında şagirdlik” proqramı üzrə ekspertin  və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin avtomobil istiqaməti üzrə (“Toyota Azərbaycan”, “Mazda”, “Abşeron Avtomobil Mərkəzi” və “Avtolüks Azərbaycan”) əməkdaşlıq etdiyi şirkətlərin iştirakı ilə onlayn görüş keçirilib. 

Görüşün keçirilməsində başlıca məqsəd işəgötürənlərlə sosial dialoqun yaradılması, işəgötürənlərin layihəyə dair fikirlərinin və münasibətlərinin  öyrənilməsi, işəgötürənin sahəsində tələblərin müəyyənləşdirilməsi idi. 

Görüş zamanı iştirakçılara layihə eksperti tərəfindən təqdimat nümayiş etdirilib. Təqdimat zamanı görüş iştirakçıları “Usta yanında şagirdlik” proqramının təsviri, layihənin məqsədləri, şirkətlər üçün üstün tərəfləri və faydaları, proqram iştirakçıları (tələbələr, işsizlər) üçün əhəmiyyəti, proqramın icrasına dair plan, nəzəri və praktik təlim modeli ilə tanış olublar. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Peşə Təhsil müəssisələrinin, İşə götürənlərin və Tələbə/İşsizlər üçün faydalı təlim-təcrübə mexanizmi yaratmaq və həyata keçirmək, peşə təhsilinin effektivliyi üçün PTM tələbələrinin nəzəri biliklərinin iş şəraitində möhkəmləndirməkdir. Eləcə də PTM tələbələri üçün seçilmiş sahələrdə iş təcrübəsi əldə etmək və əmək bazarına daxil olmaq imkanını təmin etmək, PTM tələbələri üçün müavinətdən başqa əmək haqqı almaq imkanı yaratmaq, işsiz statusuna malik gənclərin peşə əldə etməsi və yenidən iş tapmaq və ya özünü məşğul olma imkanlarının artırılması nəzərdə tutulur.