Peşə Təhsilindən Universitetə və Real Layihələrə: Əli Məmmədovun Uğur Hekayəsi
08-08-2025
TƏLİM VƏ TƏDRİS
“Sevdiyim işlə məşğulam və gələcəyimi bu sahədə görürəm.” – Əli Məmmədov
Əli Məmmədov, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qazandığı bilik və bacarıqlar sayəsində bu gün həm Azərbaycan Texniki Universitetinin tələbəsi, həm də real layihələrdə çalışan gənc mühəndisdir.
Peşə təhsili onun üçün yalnız başlanğıc mərhələsi oldu. Burada əldə etdiyi praktiki və nəzəri biliklər ona texnologiya və mühəndislik sahəsində öz yolunu cızmaq imkanı verdi. İndi isə o, həm akademik, həm də peşəkar sahədə uğurla irəliləyir.
Əlinin hekayəsi peşə təhsilinin gənclərə real karyera imkanları təqdim etdiyini, mühəndislik sahəsində güclü start verdiyini bir daha sübut edir.
