Xəbərlər

SİBDPTM Balaca Ziyarətçiləri ilə Rəngarəng Gün Yaşadı

07-07-2025 TƏLİM VƏ TƏDRİS
Xəyalları böyük, özləri balaca olan ziyarətçilərimiz Mərkəzimizdə!

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi balaca, lakin maraqla dolu qonaqların ziyarəti ilə daha da canlandı.

Əlləri kiçik olsa da, öyrənmək maraqları böyük olan bu uşaqlar müxtəlif peşə istiqamətləri ilə tanış oldular, suallar verdilər və əlləri ilə toxunaraq öyrənməyə çalışdılar.

Bu ziyarət zamanı onların baxışlarında və gülümsəmələrində gələcəyin ixtisaslı peşəkarlarının işartıları görünürdü.

Biz inanırıq ki, böyük arzular kiçik yaşlardan başlayır. Bu gün atılan bu maraq toxumları sabah güclü köklərə çevrilərək peşəkar gələcəklərin bünövrəsini qoyacaq.