Xəbərlər

Qardaş məktəbin və Bursa şəhərinin peşə təhsili üzrə rəsmi nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfər edib

08-10-2025 TƏLİM VƏ TƏDRİS

Bursa şəhərinin peşə təhsili üzrə rəsmi nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə rəsmi səfər edib. Heyətin tərkibinə Bursa Osmangazi Rayon Təhsil Müdiri Metin Sezer, Bursa Nilüfer Rayon Təhsil Müdiri Abdullah Şahin, Avtomobil Sənayesi İxracatçılar Birliyi Peşə və Texniki Liseyinin direktoru Güray Köken, direktor müavini Mehmet ÖztürkMükəmməllik Mərkəzinin baş koordinatoru Erden Oğuz daxildir.

Səfər çərçivəsində qonaqlar Mərkəzin rəhbərliyi ilə görüşərək təhsil və sənaye sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş zamanı peşə təhsilində müasir yanaşmalar, sənaye ilə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi və tələbə mübadiləsi proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub.

Bundan əlavə, Mərkəzdə infotur təşkil olunub. Qonaqlar dərs otaqları, laboratoriyalar və istehsalat təlimi məkanları ilə tanış olaraq, Mərkəzdə tətbiq olunan innovativ tədris metodları, müasir avadanlıqlar və sənaye partnyorları ilə birgə həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Səfərin sonunda tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə təlim proqramlarının hazırlanması və hər iki ölkənin gəncləri üçün peşə təhsilinin keyfiyyətinin artırılması istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsi barədə razılıq əldə olunub.