Xəbərlər

Veb Texnologiyaları üzrə Milli Müsabiqənin Qalibləri Açıqlanıb

08-07-2025 TƏLİM VƏ TƏDRİS
“WorldSkills Azerbaijan” təşəbbüsü ilə keçirilən Veb Texnologiyaları üzrə milli yarışın qalibləri müəyyənləşib. Ümumilikdə 11 iştirakçı real veb layihələr üzərində dizayn, frontend və backend proqramlaşdırma bacarıqlarını nümayiş etdirərək yarışda iştirak edib. İştirakçılar funksionallıq və istifadəçi təcrübəsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Yarış nəticələrinə əsasən yüksək nəticə göstərən iştirakçılar növbəti mərhələyə vəsiqə qazanıblar:

🥇 1-ci yer – Emil Hüseynov
🥈 2-ci yer – David Məmmədov
🥉 3-cü yer – Kərəm Səfərli

Ətraflı məlumat üçün: https://vet.edu.gov.az/news/content/1230/inner