Xəbərlər

SİBDPTM-in 2024–2025-ci il Məzunları Peşəkar Gələcəyə Yola Salındı

02-07-2025 TƏLİM VƏ TƏDRİS
🎓 Məzunlarımızla Qürur Duyuruq!

2024–2025-ci tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 373 tələbə təhsillərini uğurla başa vuraraq məzun adını qazanıb. Onlar Mərkəzdə tədris olunan 19 müxtəlif ixtisas üzrə peşəkar bilik və bacarıqlara yiyələnərək əmək bazarına hazır mütəxəssislər kimi yetişiblər.

Məzunlarımız mərkəzdə aldıqları təhsilin sayəsində əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi öz yerlərini tutmağa və müxtəlif sənaye sahələrində uğurla fəaliyyət göstərməyə hazırdırlar.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi olaraq bütün məzunlarımızı səmimi-qəlbdən təbrik edir, onların gələcək karyeralarında davamlı uğurlar arzulayırıq.

Peşəkar gələcək buradan başlayır!