İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
3.1.1 İstehsalat təlimi proqramına uyğun olaraq qrup
tələbələrinə peşə bacarıq və vərdişləri aşılayır;
3.1.2 İstehsalat təlimi dərsləri üçün avadanlığı və
materialları hazırlayır, tədris dövrləri üzrə tələbələrin tədris-istehsalat işlərini
planlaşdırır və müəyyən edilmiş normalara əsasən bu işlərin texniki tələblər səviyyəsində
yerinə yetirilməsini təmin edir;
3.1.3 Tədris emalatxanasında və ya istehsalat təcrübəsində
tələbələr tərəfindən tədris tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsini təmin
edir;
3.1.4 Tələbələr tərəfindən iş üsullarının, yeni
texnika və texnologiyanın öyrənilməsini, təhlükəsizlik texnikası və əməyin
mühafizəsi qaydalarına əməl olunmasını təmin edir, istehsalat təlimi və təcrübəsi
proqramlarının yerinə yetirilməsi üçün şərait yaradır;
3.1.5 Tələbələrə təhkim olunmuş avadanlığın saz
saxlanmasını təmin edir;
3.1.6 stehsalat təcrübəsinin keçirilməsi üçün müəssisə
və təsərrüfatlarla müqavilələrin bağlanmasında iştirak edir;
3.1.7 Daxili intizam qaydalarına hər bir tələbə tərəfindən
əməl olunmasını təmin edir;
3.1.8 Tələbələrlə müxtəlif tərbiyə işləri aparır;
3.1.9 Tələbələr tərəfindən ixtisas (sınaq)
istehsalat işlərinin yerinə yetirilməsində, ixtisas imtahanlarına hazırlıq və
onların keçirilməsində iştirak edir.