İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
3.1.1 Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
3.1.2 Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir;
3.1.3 Tədris edilən fənnin, ixtisasın spesifik xüsusiyyətləri nəzərə alınmaqla tələbələrlə təlim məşğələləri aparır;
3.1.4 Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan istifadə edir;
3.1.5 Fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün tələbələr tərəfindən dövlət standartları səviyyəsində mənimsənilməsini təmin edir;
3.1.6 Tədris etdiyi fənnə dair tədbirlər təşkil edir;
3.1.7 Tələbələrin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır;
3.1.8 Tədris intizamına riayət edilməsini və davamiyyətə əməl olunmasını təmin edir;
3.1.9 Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
3.1.10 Metodik işlərin təşkilində iştirak edir;
3.1.11 Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər verir, ixtisasını yüksəltməyə çalışır, müəllimlərin etik davranış qaydalarına riayət edir;
3.1.12 Müəllimlərin etik davranış qaydalarına riayət edilməsi;
3.1.13 Vəzifə təlimatında və daxili qaydalarda (topluda) müəyyən edilmiş digər əmək funksiyalarının icrasını öhdəsinə götürür.