İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
3.1.1 Verilmiş qrafikə uyğun olaraq, qazanların iş
rejiminin idarə olunması ;
3.1.2 Aqreqatlara istismar xidməti göstərməklə
onların fasiləsiz və faydalı işinin təmin edilməsi ;
3.1.3 Qazanın yardımçı avadanlıqlarına qaz-hava ,
qaz-mazut və drenaj sistemlərinə odluq qurğularına, qazanın buxar-suyoluna kimyəvi
reagentləri daxil edən qurğulara, qazanın qızmış səthinin üfürmə sisteminə
üfürmə üzrə qurğulara, reduksiya-soyuducu qurğular, çən təsərrüfatına ,texniki
su və sıxılmış hava sisteminə xidmət etməklə onların işinə nəzarət edilməsi;
3.1.4 Qazanın yardımçı avadanlıqlarının fasiləsiz
işinin təmin edilməsi;
3.1.5 Xidmət edilən avadanlığın işə salınması,
dayandırılması, sınanması və təzyiq altında yoxlanılması və istilik sxemlərində
dəyişmələrin aparılması ;
3.1.6 Ölçü vasitələrinin göstəricilərinə , avtomatik
tənzimləyicilərin və siqnal vericilərin işinə nəzarət edilməsi;
3.1.7 Qəza hallarının ləğv edilməsi ,avadanlığın
işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi,
avadanlığın təmirə çıxarılması ;
3.1.8 Rəhbərlik tərəfindən verilən tapşırıqların
yerinə yetirilməsi.