İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
3.1.1Təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak edir;
3.1.2Təhsilalanlarda fəal vətəndaş mövqeyi
formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə
hazırlanmasını təmin edir;
3.1.3Tədris edilən fənnin, ixtisasın spesifik
xüsusiyyətləri nəzərə alınmaqla tələbələrlə təlim məşğələləri aparır;
3.1.4Təlim prosesində müxtəlif formalardan,
üsullardan, metodlardan istifadə edir;
3.1.5Fənn üzrə tədris materiallarını planlaşdırır,
tədris proqramlarının yerinə yetirilməsini, bütün tələbələr tərəfindən dövlət
standartları səviyyəsində mənimsənilməsini təmin edir;
3.1.6Tədris etdiyi fənnə dair tədbirlər təşkil
edir;
3.1.7Tələbələrin valideynləri, yaxud onları əvəz edən
şəxslərlə müntəzəm əlaqə saxlayır;
3.1.8Tədris intizamına riayət edilməsini və
davamiyyətə əməl olunmasını təmin edir;
3.1.9Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik
texnikası və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət
edir;
3.1.10Metodik işlərin təşkilində iştirak edir;
3.1.11Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə
yönəldilən təkliflər verir, ixtisasını yüksəltməyə çalışır, müəllimlərin etik
davranış qaydalarına riayət edir;
3.1.12Müəllimlərin etik davranış qaydalarına riayət
edilməsi;
3.1.13Vəzifə təlimatında və daxili qaydalarda
(topluda) müəyyən edilmiş digər əmək funksiyalarının icrasını öhdəsinə götürür.