Tədbirlər
< Geriyə qayıt

Mərkəz heyətinin 20 Yanvar faciəsinə həsr etdiyi tədbir

               17 yanvar 2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə mərkəzin təhsilalanları, inzibati və pedaqoji heyəti iştirak etdilər.

Tədbirdə Mərkəzin direktoru Rəşad Xanlarov çıxış edərək, 20 Yanvar faciəsinin, milli azadlıq arzusunun oyanış günü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, bu gün uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, bu gün həm hüzn, həm də xalqımızın mübarizlik, qəhrəmanlıq tarixidir.

Tədbirdə şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olaraq bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.

Günün ikinci yarısında Mərkəzin kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoydular.