Tədbirlər
< Geriyə qayıt

Təhsil Mərkəzində Ulu Öndərin Anım Günü

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Ulu Öndər Heydər Əliyevin Anım Günü qeyd olundu.

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Bu gün Peşə Mərkəzində idarə, mühəndis - pedoqoji heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı.

Tədbiri Mərkəzin direktoru açaraq ulu öndərin şərəfli həyat yolundan, xalqı qarşısında misilsiz xidmətlərindən və hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs etdi. O, ulu öndərin müdrik siyasəti və misilsiz xidmətləri nəticəsində respublikamızın qazandığı uğurlar və müvəffəqiyyətlər, dünya birliyində layiqli yer tutması, zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolundan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verdi.

Daha sonra nümayiş etdirilən video yayım vasitəsi ilə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı, həyat və fəaliyyəti ilə yaxından tanış oldular,

Tədbirin sonunda Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.