Tədbirlər
< Geriyə qayıt

Tərəfdaş şirkətlər tərəfindən Peşə Təhsil Mərkəzinin məzunları üçün yaradılan iş imkanları

         7-8 iyul tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikası Təhsil şəbəkəsinin internet operatoru olan “AzEduNet” və “Edumedia-Azərbaycan” şirkətlərinin mütəxəssisləri ilə birlikdə Mərkəzin “Veb dizayner və proqram təminatçısı” ixtisasının məzunları ilə virtual görüşlər keçirilib. Görüşlər Microsoft Teams platforması üzərində baş tutub.

         Görüşlərin əsas məqsədi qeyd olunan şirkətlər tərəfindən Mərkəzin təhsilalanları ilə ümumi fəaliyyət istiqamətlərinə dair iş təcrübələrini bölüşmək, təhsilalanların tədris ili ərzində mənimsədikləri bilik və bacarıqlara dair məlumatlanmaq,  şirkət  üçün seçim meyarlarını müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaqdan ibarət olub.

       Qeyd edək ki, baş tutmuş görüşlər zamanı sözügedən şirkətlərin mütəxəssisləri ilə Mərkəzin təhsilalanları arasında yeni və interaktiv xidmət və həllərə, İKT xidmətlərinə, müasir avadanlıqların effektivliyi və funksionallığına dair müzakirələr şirkət mütəxəssislərində Mərkəz məzunlarına qarşı müsbət fikir formalaşdırıb.    

           Görüşlər zamanı, həmçinin Mərkəz məzunlarının ünvanladıqları suallar cavablandırılıb.