29-30 iyun və 01 iyul tarixlərində Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yapon istehsalı olan Subaru,
Honda və Mitsubishi avtomobil markalarının rəsmi satış və texniki xidmət
mərkəzlərinin mütəxəssisləri ilə birlikdə Mərkəzin “Avtomobil diaqnostikası və
təmiri üzrə usta” ixtisasının məzunları ilə görüşlər keçirmişlər. Görüşlər
Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir.
Baş vermiş görüşlərin əsas məqsədi, qeyd olunan
servis mərkəzləri tərəfindən mərkəz təhsilalanları üçün seçim meyarları müəyyən
etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş
imkanları yaratmaqdan ibarət idi.
Qeyd edək ki, Peşə Təhsil Mərkəzi ilə özəl sektor
arasında qurulmuş əməkdaşlıq çərçivəsində Mərkəz tərəfindən təhsilalanları üçün
daha öncə təcrübə imkanları yaradılmışdır. Belə ki, Peşə Təhsil Mərkəzinın
mühəndis–pedoqoji heyəti tədris ili ərzində təhsilalanlarla birlikdə təcrübə
proqramı çərçivəsində Toyota, Honda, Mazda, Mitsubishi və Subaru avtomobil
markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olmaq
imkanı qazanmışlar. Təcrübə proqramı çərçivəsində texniki xidmət mərkəzlərin
yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı
texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılmış və əyani olaraq
avadanlıqların iş prinsiplərini nümayiş etdirilmişdir. Bununla yanaşı təcrübə
proqramında iştirak edən təhsilalanlar texniki xidmət mərkəzinin ixtisaslı
texniki kadrları ilə birlikdə nəqliyyat vasitələrinə texniki xidmət
göstərmişlər.
Qeyd edək ki, platforma üzərindən baş tutmuş görüşlər Mərkəz
məzunlarının ünvanladıqları sualların şirkət nümayəndələri tərəfindən
cavablandırılması ilə yekunlaşmışdır.