Fevral ayının
26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı
faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Mərkəz təhsilalanlarına mərkəzin pedoqpji heyəti tərəfindən video-çarxlar nümayiş etdirilib, Xocalı soyqırımının beynəlxalq aləmə tanıdılması ilə bağlı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ciddi addımlar atılmağa başlandığını, 26 fevralın Xocalı soyqırımının ildönümü kimi qeyd olunduğunu və bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.