Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “MARS Academy” şirkəti
arasında imzalanan memoranduma əsasən robot texnologiyaları təlim mərkəzi
açılıb.
Təhsil Nazirliyindən bildirilib ki, yeni robot texnologiyaları təlim mərkəzində proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət istiqamətində qısamüddətli kurslar təşkil olunacaq. Təlim iştirakçıları mikroçiplərin iş prinsipi, robotların proqramlaşdırılması və mühəndisliyin əsaslarını öyrənmək imkanı əldə edəcəklər. Nəticədə təhsilalanların məntiqi inkişafı və alqoritmik düşüncə tərzinə dəstək veriləcək.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qurulmuş robot texnologiyaları təlim mərkəzindəki təlimlərə qatılmaq üçün mərkəzin sosial şəbəkədəki səhifəsinə www.facebook.com/ bakustateindustryinnovation / müraciət etmək olar.