13 dekabr
2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Maşın və
Avadanlıq İstehsalçıları Assosiyasiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə ağır sənaye və maşınqayırma sənayesinin mövcud
vəziyyəti, inkişaf perspektivlərinin öyrənilməsi, müəssisələr arasında korporasiya
əlaqələrinin qurulması, mövcud problemlərin vaxtında araşdırılması, həlli
yollarının müəyyənləşdirilməsi, müvafiq istiqamətlər üzrə əmək bazarının tələblərinə
cavab verən ixtisaslı kadrların hazırlanmasında işəgötürənlərlə birgə əməkdaşlıq,
eləcə də Mərkəzin istehsal imkanları ilə bağlı müzakirələr aparılıb.
Tədbir zamanı İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutu, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzi və Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları
Assosiyasiyası arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən
Anlaşma Memorandumu imzalanıb.
Tədbirin sonunda iştirakçılar Koreya təhsil
standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.