Tədbirlər
< Geriyə qayıt

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri ilə görüş

15 noyabr 2019-cu il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində Qazaxstandan olan gənc sahibkar, “Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş keçirilib. Görüşdə Bakı şəhərinin peşə təhsili müəssisələrindən olan mühəndis-pedaqoji heyət və tələbələr iştirak edib.

Görüşdə gənc sahibkar öz uğur hekayəsini bölüşərək, informal və non-formal öyrənmə haqqında bəhs edib və öz üzərində daima çalışmağın əhəmiyyətini vurğulayıb. Daha sonra dünyanın bir çox ölkəsində kənd təsərrüfatı, tikinti, kriptovalyuta, ekoloji dərman məhsulları, saat istehsalı kimi sahələrdə qurduğu bizneslərindən danışıb. Eyni zamanda, startapların başlanılması, strategiyası, marketinqinə dair də təcrübəsini bölüşüb. Tədbirin sonunda Arman Toskanbayev ilə müzəkirə təşkil olunub, tələbələrin ünvanladığı suallar cavablandırılıb və müəllif ən yaxşı sualları verən fəal tələbələrə sahibkarlıq haqqında yazdığı “İdeyadan biznesə” kitabını bağışlayıb.

Daha sonra, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin maddi-texniki bazasına baxış keçirilib və mühəndis-pedaqoji heyətlə peşə təhsili müəssisələrində startapların qurulmasına dair müzakirələr aparılıb.